Qadin.NET / Ermənistandan qaçan ən məşhur ermənilər

Ermənistandan qaçan ən məşhur ermənilər

 

 

Böyük Britaniyanın "The Guardian" qəzeti dünya miqyasında tanınan ermənilərin siyahısını dərc edib. 
Anspress-in məlumatına görə, qəzet yazır ki, 10 milyon insandan ibarət olan erməni diasporu Ermənistan əhalisindən üç dəfə çoxdur. Əslində, bu mətbuat orqanı rəqəm səsləndirməklə, bunun nə qədər şişirdilmiş olduğuna işarə edib.
Məqalədə vurğulanır ki, ermənilər həmişə öz ölkələrində deyil, başqa ölkələrdə çiçəklənirlər. Onlar əsasən biznesə, idmana, mədəniyyətə və siyasətə üstünlük verirlər. Tanınmış ermənilərin müxtəlif sahələrə aid olması siyahıdakı 10-luqda da əksini tapıb.
Onluğa müğənni Şer, teleulduz Kim Kardaşyan, tennisçi Andre Aqassi, şansonye Şarl Aznavur, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, biznesmen Kirk Kerkoryan, musiqiçi Serj Tankyan, Formula 1-in pilotu Alen Prost, aktyor Endi Serkis və Britaniyanın tanınmış televiziya aparıcısı Devid Dikenson daxildir.
Həqiqətən maraqlı və düşündürücüdür ki, siyahıya salınan ermənilərin heç biri Ermənistanda yaşamır və ölkə vətəndaşı deyillər. Təbii ki, bu, səbəbsiz və əsassız deyil. Çünki qonşuları ilə yol getməyən, daim çirkin niyyətlərlə, yalançı siyasətlə yaşayan bu ölkədə fəaliyyət, inkişaf üçün heç bir şərait, mühit yoxdur. Digər tərəfdən, Ermənistanın dünyadakı mövqeyi, imici, miqyası insanlarının tanınmasına əsas vermir. Saxta yox, əsl şəxsiyyət kimi yetişməyin, formalaşmağın yolu hərtərəfli inkişafdan, idmana, mədəniyyətə, biznesə və digər sahələrə qayğıdan, diqqətdən gedir. 
Təbii ki, işğalçılıq düşüncəsi ilə, torpaq zəbt etməklə, dilənçilik yolu seçərək yaşamaq ermənilərin genetik xüsusiyyətidir. Elə bu səbəbdəndir ki, canını qurtarmaq, bir tikə çörək pulu qazanmaqdan ötrü ölkədən qaçanların sayı günbəgün artır. Statistikaya görə, hər il Ermənistandan əhalinin təqribən 1 faizdən çoxu tərk edir. Bunların da əsasını gənclər təşkil edirlər. Onlar kefdən deyil, ölkənin və özlərinin gələcəyinin bəlli olmayacağını görərək bu addımı atır, xarici ölkələrdə "çiçəklənmək" istəyirlər. 
"Çiçəklənən Ermənistan" Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Naira Zoqrabyanın dediyi kimi, hər gün bir erməni kəndi ölür. Ölən kənddən, şəhərdən isə diri canlının çıxması mümkün deyil. 

 

Mənbə: Milli.Az

23 aprel 2015
GO BACK