Qadin.NET / Kasilyasdan yeni rekord

Kasilyasdan yeni rekord

 

 

Madrid “Real”ının qapıçısı İker Kasilyas Çempionlar Liqasında rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, təcrübəli qolkiper “quru” oyunlar seriyasını 52-yə çatdırıb.
Bununla da Kasilyas “Mançester Yunayted”in sabiq çərçivə qoruyucusuEdvin van der Sarın rekordunu təzələyib. Hollandiyalıda bu göstərici 51-ə bərabər idi.Kasilyas 52 görüşün 50-də matçı əvvəldən sona qədər keçirib.Qeyd edək ki, “Real”ın yetirməsi olan 34 yaşlı qolkiper 1999-cu ildən əsas komandanın qapısını qoruyur. O, Madrid klubunda bu vaxta qədər ümumilikdə 719 oyunda iştirak edib. 
Mənbə: Milli.Az
23 aprel 2015
GO BACK