"Başın köçürülməsi ilə bağlı ilk əməliyyat cəmi bir ildən sonra pasiyentin səhhətinin tam bərpasına səbəb olmalıdır. Amma belə əməliyyatların son məqsədi insanın əbədi yaşamının təminatıdır".
Dünyada ilk dəfə insan başının köçürülməsi və transplantasiyası əməliyyatını həyata keçirməyə hazırlaşan italyan neryocərrah Serhino Kanaveronun dediyinə görə, bu əməliyyat 2017-ci ildə baş tutacaq.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Doktor Frankenşteyn" adlandırılan italyan neyrocərrah əməliyyatı Rusiyada gerçəkləşdirəcək.
"Əməliyyatımın və niyyətimin din xadimlərini narahat etdiyini ciddi problem saymıram. Bilirsinizmi, mən katolik, hətta xristian deyiləm. Amma başqalarının fikirlərinə sayğım var. Rusiyada pravoslav kilsəsinin dediyini də dinləyəcəm.
Fəqət məsələ ilə bağlı pravoslav keşişlərin bir, katoliklərin başqa fikri var. Vatikanın iyerarxlarından biri, arxiyepiskop Salvatore Rino Fizikellaəməliyyatımda əcaib heç nə görmədiyini rəsmən bildirib. Asiya və Çində də din xadimləri kəskin narazılıq etməyiblər. Ona görə dini məqamların ciddi rol oynamayacağını düşünürəm", - S.Kanavero deyib.
Fəqət məsələ ilə bağlı pravoslav keşişlərin bir, katoliklərin başqa fikri var. Vatikanın iyerarxlarından biri, arxiyepiskop Salvatore Rino Fizikellaəməliyyatımda əcaib heç nə görmədiyini rəsmən bildirib. Asiya və Çində də din xadimləri kəskin narazılıq etməyiblər. Ona görə dini məqamların ciddi rol oynamayacağını düşünürəm", - S.Kanavero deyib.
İtalyan neyrocərrahın ilk pasiyenti 30 yaşlı rusiyalı Valeri Spiridonov olacaq. Anadangəlmə genetik xəstəliyi olan Valeri əzələ atrofiyasından əziyyət çəkir.
S.Kanevero ilk əməliyyatın pasiyenti qismində nədən məhz V.Spiridonovu seçməsinin səbəblərini açıqlayıb:
"Valerini seçməyimin iki səbəbi var. Əvvəla, o, cəsurdur və sonadək getməyə hazırdır. İkinci səbəb odur ki, onun cəsarəti biliklərə əsaslanır. Valeri alimlərin bu sahədə indiyədək əldə etdikləri bütün nailiyyətlər barədə oxuyub. Ona görə də başı köçürülən insan qismində tarixə düşəcək insanın məhz Valeri olmasına qərar verdim. Daha sonra başqa bəxtəvərlər talelərini sınaya bilərlər. Üstəlik, ilk əməliyyatın Rusiyada keçirilməsi ideal variant olardı. Axı dünya transplantologiyasının "ata"sı rus cərrah Vladimir Demixovdur", - S.Kanevero deyib.
Cərrahın dediyinə görə, pasiyentin əməliyyatdan cəmi bir il sonra normal həyat yaşamasına çalışacaq: "İnsanın başını başqa bədənə köçürüb onu iflic vəziyyətdə qoymaq niyyətində deyiləm. Məqsədim tam bərpadır".
Əməliyyat zamanı Valerinin başı 10-15 dərəcəyədək soyudulacaq. Neyrocərrahlar bir saat ərzində Valerinin başını başqa bədənə köçürməlidirlər.
"Qan damarlarının birləşdirilməsinə bir neçə dəqiqə gərəkdir. Valerinin başı bədənindən ayrılacaq və bir neçə saniyə ərzində başqa bədənə köçürüləcək. Beyində qan dövranı isə təxminən 15 dəqiqə sonra başlayacaq. Təfərrüatları iyunun 12-də Annapolisdə keçiriləcək beynəlxalq neyrocərrahiyyə konfransında açıqlayacağam. Belə əməliyyatın mümkünlüyünü sübut edəcəyəm", - S.Kanevero deyib.
İtalyan neyrocərrahın dediyinə görə, 18-24 saat davam edəcək əməliyyat üçün ona köməkçi qismində 150 nəfər gərəkdir.
Dünyada ilk baş köçürülməsi əməliyyatı 15 milyon dollara başa gələcək.
S.Kanevero əməliyyatı maliyyələşdirmək istəyən təşkilat və şəxslərin çox olduğunu deyir. Lakin italyan neyrocərrahın şərti var: bu unikal, misli görünməmiş əməliyyata pul ayıran şəxs və ya təşkilat mütləq adını açıqlamalıdır: "Maliyyə dəstəyi məsələsində çox həssas, mühafizəkaram. Bill Geyts və ya Dmitri İtskov kimi milyarderlər layihəmi maliyyələşdirsələr, telekameralar qarşısına çıxaraq çeki göstərəcək, "Bax, bu adam təşəbbüsümü dəstəklədi" deyəcəyəm".
Mənbə: Milli.Az