
Gələn ay faşizm üzərində qələbənin 70 illiyi tamam olacaq. Həmin qələbədə Azərbaycanın da payı var. Kim nə deyirsə-desin, tarix bilir ki, faşizm üzərində qələbənin əsas səbəbkarı nə ABŞ, nə İngiltərə, nə də ki, indi sinəsinə döyən digər qərbi Avropa ölkələri deyil.
Dünyanı faşizm bəlasından 15 ölkənin ittifaqı olan SSRİ - yəni biz xilas etmişik. Milli.Az bildirir ki, bu günlərdə Reuters agentliyi faşizm üzərində qələbə çalan müttəfiq ölkələrin hər birində yaşayan veteranlarla bağlı maraqlı reportaj hazırlayıb. Azərbaycan haqqında reportajın qəhrəmanı isə 102 yaşlı Böyük Vətən Müharibəsi veteranı Allahverdi Əliyevdir.
Hazırda Bakıda yaşayan Allahverdi Əliyev 1941-ci ildə Sovet orusunun sıralarına qoşulub. O, quru qoşunlarının tərkibində 1944-cü ilə qədər döyüşüb. Qələbəni Varşavada qarşılayıb. Hazırda isə Bakıda yaşayır.
Mənbə:Milli.Az