Qadin.NET / Bakıda külək güclənəcək

Bakıda külək güclənəcək

 

Bakıda külək güclənəcək

Bakıda və Abşeron yarımadasında günlərdir əsən güclü külək sabah da davam edəcək.ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, aprelin 24-də şimal-qərb küləyi güclənəcək. 
Abşeron yarımadasında aprelin 24-də güclü xəzri küləyi əsəcək. 
Sabah hava şəraiti dəyişkən buludlu olacaq, axşama doğru arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində aprelin 24-də arabir yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

 

Mənbə: ANS PRESS

23 aprel 2015
GO BACK