Türkiyədə dollar rekord həddə bahalaşıb. ANS PRESS-in məlumatına görə, Türkiyə Mərkəzi Bankının aprel ayı üzrə açıqladığı faiz siyasətindən sonra ABŞ valyutası sürətlə bahalaşmağa başlayıb. Bu səhər 1 dollar 2.7327 TL-yə çatıb və yeni rekord qırıb.
Türkiyədə dollarla yanaşı avronunda bahalaşması da müşahidə olunur. Hazırda 1 avro 2.9220 lirəyə çatıb.
Xatırladaq ki, dünən Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Heyəti gözlənilən iclasını keçirib. Dolların ötən həftə ard-arda qırdığı rekordlardan sonra Mərkəz Bank faiz qərarını açıqlayıb.
Türkiyənin baş bankı iclasda lirənin əsas faiz dərəcəsini dəyişdirməyib. Faiz dərəcələri maksimum 10.75%, minumum isə 7.25% olaraq müəyyən olunub.
Mənbə: ANS PRESS