Qadin.NET / Bakı 2015-in poçt markaları buraxıldı

Bakı 2015-in poçt markaları buraxıldı

 

Bakı 2015-in poçt markaları buraxıldı

Bakı-2015” ilk Avropa Oyunlarının başlamasına 50 gün qalması münasibətilə aprelin 23-dən yeni poçt markaları dövriyyəyə buraxılıb.ANS PRESS-in məlumatına görə, üzərində “Bakı-2015”in brendi olan nar və ilk Avropa Oyunlarına proqramına daxil olan idman növləri təsvir edilən markalar aprelin 23-də təqdim edilib.
“Azərmarka” tərəfindən “Bakı 2015” I Avropa Oyunlarının rəsmi loqosundan istifadə etməklə markaların hazırlanmasında istifadəyə dair əldə olunmuş razılaşma əsasında təqdim edilib. 
Markaları respublikanın poçt şöbələrindən əldə etmək mümkündür.
Bundan əlavə olaraq, müxtəlif açıqca, buklet və oyunlarla bağlı kitabçalar da hazırlanır.

 

Mənbə: ANS PRESS

23 aprel 2015
GO BACK