Qadin.NET / Dünyanın gözlədiyi körpə

Dünyanın gözlədiyi körpə

Dünyanın gözlədiyi körpə
Böyük Britaniya əhalisi yeni vəliəhdin doğulmasına hazırlaşır. ANS PRESS-in məlumatına görə, Londondakı St Mary's xəstəxanası önündə həyəcanlı gözlənti başlayıb. Başdan ayağa ingilis bayrağı olan geyimlər geyən və əllərində "o bir şahzadə" yazılan plakatlar tutan insanlar II Yelizavettanın ikinci nəticəsi, şahzadə Uilyam və Keyt Mideltonun ikinci övladlarının doğulmasına gözləyirlər. 
Körpə hələ doğulmamışdan onunla bağlı ehtimallar, mərclər oynanılmağa başlanılıb. Çoxları uşağın qız olduğunu və 1997-ci ildə vəfat edən şahzadə Diananın şərəfinə adlandırılacağını düşünürlər. 
Xatırladaq ki, şahzadə Uilyam və keyt Mideltonun bir oğlu var. Üç yaşlı körpənin adı Corcdur. 

Mənbə: ANS PRESS

23 aprel 2015
GO BACK