Milli.Az “Qafqazinfo"ya istinadən xəbər verir ki, jurnal aktrisanın öz xarici görünüşünü o qədər də önəmsəmədiyini yazır. Bullok “People”ın seçimini eşitdiyi zaman ürəkdən güldüyünü bildirib.
“Əsl gözəllik sakit olandır. Ən gözəl saydığım insanlar belə görünməyə can atmayanlardır” - deyə Sandra qeyd edib.
Jurnalın versiyasına görə, Bullokun gözəlləşməyinə əsas səbəblərdən biri 5 yaşlı oğlu Luisdir. Aktrisa özü də oğlunun onu xoşbəxt etdiyini açıqlayıb:“Bir dəfə oğlumu yatıranda məndən niyə bu qədər qırışımın olduğunu soruşdu. Mən də buna səbəb kimi qocalığı deyil, çox gülməyimi göstərdim. Luis cavabı ilə məni təəccübləndirdi: “Ana, sən qoca deyilsən, sadəcə çox xoşbəxtsən””.
Mənbə: Milli.Az