ANS PRESS-in məlumatına görə, Avropa Elm Birliyi qorxulu fakt açıqlayıb. Elm adamları bir yanardağ partlayışının bu əsrin sonuna qədər dünyanı məhv edəcəyini iddia edir.
Strasburqda yerləşən Avropa Elm Birliyi öz rəsmi saytından yayımladığı məlumatda qeyd edib ki, bu risk 5-10% civarındadır. Elm adamları İndoneziyada 1815-ci ildə Tambora yanardağının partlaması nəticəsində təxminən 100 min adamın öldüyünü xatırladıb. Həmin hadisənin dünyadakı ən güclü partlayış olduğunu deyən mütəxəssislər partlayışın təkrarlanmasının daha ağır fəsadlar yaradacağını bildirib.
Elm adamları bu əsrin sonuna kimi dünya əhalisinin sayının 12 milyarda çatacağını və partlayışların daha ağır nəticələr yaradacığını güman edirlər. Elm adamları böyük bir partlayışdan sonra atmosferə sıx toz və qazın püskürəcəyini deyirlər. Bu vəziyyətin hava temperaturunda son dərəcə böyük dəyişikliklərə yol açacağı da istisna olunmur.
Alimlər İslandiyada 1783-cü ildə Laki və İndoneziyadakı Tambora yanardağlarının partlamasını xatırladıblar. Bildirilir ki, o zaman partlayışdan sonra uzun müddət qıtlıq, quraqlıq baş vermiş və yoluxucu xəstəliklər yayılmışdı.
Mənbə: ANS PRESS