Qadin.NET / Avstriya "soyqırım"ı tanıdı

Avstriya "soyqırım"ı tanıdı

Avstriya "soyqırım"ı tanıdı
Daha bir Avropa ölkəsi ermənipərəst mövqe nümayiş etdirib.ANS PRESS-in məlumatına görə, Avropa Parlamentinin qərarından sonra Avstriya parlamenti “erməni soyqırımı”nı tanıyıb.
Avstriyalı deputatlar Türkiyə parlamentindən də analoji addımı atmağı istəyiblər. 
Avstriya parlamentinin yaydığı bəyanatda deyilir: “Türkiyə qaranlıq keçmişinə aydınlıq gətirərərək Osmanlı imperiyasının ermənilərə qarşı soyqırım törətdiyini etiraf etməlidir". 
Sənədin müzakirəsi zamanı Avstriyanın da bu "cinayət"də məsuliyyəti olduğu barədə fikirlər səslənib. Belə ki, avstriyalı deputatlar I Dünya müharibəsində Osmanlı imperiyasının müttəfiqi olduqlarından ermənilərə qarşı "soyqırım"da günahlarının olduqlarını deyiblər.

Mənbə: ANS PRESS

22 aprel 2015
GO BACK