Qadin.NET / Qəribə, qorxulu heyvan tutuldu

Qəribə, qorxulu heyvan tutuldu

 

Çindəki Şenjen su anbarının yaxınlığında əcaib, qəribə bir heyvan tapılıb. Ayı balasına oxşayan bu heyvanın tükləri yoxdur və o, həddən artıq aqressivdir.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, Şenjendəki tarlalardan birinin suvarılması zamanı çəltiyin arasından atılaraq qaçan bu heyvanı tutan kəndlilər qorxurlar. Onlar yerlilərin əsrlərdən bəri bəhs etdikləri "su həyulə"sini yaxaladıqlarını düşünürlər.
Mütəxəssislər isə tutulan heyvanın tüksüz Malayziya ayısı olduğunu deyirlər.
Mənbə: Milli.Az
22 aprel 2015
GO BACK