Qadin.NET / Ermənilərə çox sərt sözlər

Ermənilərə çox sərt sözlər

 

Ermənilərə çox sərt sözlər

Türkiyə ilə Ermənistan arasındakı məsələlərə üçüncü tərəflər qarışır. 
ANS PRESS-in məlumatına görə, bunu Tükiyənin baş naziri Əhməd Davudoğlu deyib. O, "Kanal 24" televiziyasında "Baş nazirlə özəl" proqramına qonaq olub. 
“Təəssüf ki, tarixi hadisələr üzərindən hesablamalar aparılır. Tarix ağ yox, boz bir sahədir. Protokollar Ermənistan tərəfindən dayandırıldıqda belə mən və prezidentimiz müxtəlif pozitiv çağırışlar etdik. Qarşı tərəfə onlarla ildir davam edən bir nifrət dili yaradılır. Diasporanın bir qismi bu dil üzərindən varlığını davam edir. Birinci Dünya müharibəsində Balkanlardakı etnik təmizləmə, Xocalı qətliamı unutdurulur. Gəlin tarixi ortaq anlayaq, bir komissiya yaradaq. Gəlin sərhədləri aradan qaldıraq. Bizim siyasətimiz budur", - deyə Davudoğlu bildirib. Baş nazi zaman-zaman diasporla açıq və gizli görüşlər keçirdiyini də qeyd edib. Onun sözlərinə görə, son olaraq Nyu Yorkda görüş keçirib. "Digər tərəf bizimlə görüşün gizli qalmasını istəyirlər. Bizim arxivlərimiz açıqdır. Amma qarşı tərəf açmır". Onun sözlərinə görə, İstanbulun ən zənginləri ermənilər olub. Onlar Avropadakı kimi gettolarda yaşamayıblar. 
Davudoğlu bu məsələnin türklər və ermənilər arasında daha asanlıqla həll edilə biləcəyini deyib. "Öz tarixinizlə barışsanız məsələni həll edə bilərsiniz. Pis niyyətlə və kinlə bizə yaxınlaşanın qarşılığını verərik. Bu məsələyə üçüncü tərəflər daima qarışırlar. Bəs erməni diasporası zəngin bir Ermənistan istəmir? Özləri varlı, Ermənistan nə üçün yoxsuldur? İndi Ermənistan boşalır. Nifrəti yaşadırlar. Üçüncü tərəflər çağırışımıza kölgə salmasa biz oturub problemimizi həll edərik. Əgər siz güclüsünüzsə heç kim sizə heç nə edə bilməz. Zəif olsanız cəzalandırarlar. Türkiyə güclüdür. Heç kim Türkiyə ilə münasibəti korlamaq istəməz", - deyə Davudoğlu bildirib. 

 

Mənbə: ANS PRESS

22 aprel 2015
GO BACK