Qadin.NET / Onlara da insan hüquqları verildi

Onlara da insan hüquqları verildi

 

Onlara da insan hüquqları verildi

Heyvan haqqları üzrə hüquq müdafiəçisi ictimai birliyi "Nonhuman Rights Project" 2013-cü ildən bəri Leo və Qerkules, eləcə də digər iki şimpanzenin maraqlarının məhkəmə yolu ilə müdafiə olunmasını tələb edir. 
ANS PRESS-in məlumatına görə, sözügedən meymunlar Amerikanın Nyu York ştatındakı Stoun-Bruk universitetinin elmi-araşdırma mərkəzində xüsusi mülkiyyət kimi saxlanılır.
Hüquq müdafiəçiləri bu şimpanzelərin qəfəsdən azad edilməsinə və Floridadakı qoruğa buraxılmasına nail olmaq istəyirlər. Onların azadlıqda optimal şərtlərlə yaşayacaqlar. Hüquq müdafiəçiləri iddia edirlər ki, ali məməlilər dəstəsinə aid olan şimpanzelərə yüksək intelekt verildiyindən, onlar mürəkkəb emosiyaları yaşamaq və özlərini şəxsiyyət kimi dərk etmək bacarığına malikdirlər. Bundan nəticə çıxararaq, şimpanzelərin hüquqlarını insan haqqları ilə bərabərləşdirmək mümkündür.
Məhkəmə "Nonhuman Rights Project"in iddiasını dəfələrlə təxirə salıb, lakin bu dəfə işdə əhəmiyyətli irəliləyiş qeydə alınıb. Şimpanzelərin maraqlarını müdafiə edən vəkil Nyu-York Ali Məhkəməsinin hakimi Barbara Kaffanı inandıra bilib ki, ali məməlilərin hüquqları qanunvericilikdə yer almalıdır.
Beləliklə, şimpanzelərin hüquqları 6 maya təyin edilmiş məhkəmə iclasında qorunacaq. Hüquq müdafiəçiləri qəfəsdə saxlanılan ali məməlilərin azadlığa buraxılacağına tam əmindirlər.

 

Mənbə: ANS PRESS

22 aprel 2015
GO BACK