Qadin.NET / 58006 abituriyent ərizə verib

58006 abituriyent ərizə verib

 

58006 abituriyent ərizə verib

Qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu davam edir.
Tələbə Qəbulu üzrə Dövlət Kmissyasından (TQDK) ANS PRESS-ə verilən məlumata görə, 
ali təhsil müəssisələrinə I, II, III və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün ərizələrin qəbulu elektron formada aparılır. Ərizə qəbulu aprelin 30-dək davam edəcək. 
Qəbul imtahanları əvvəlki illərin məzunları üçün may ayında, cari ilin məzunları üçün isə iyul ayında keçiriləcək. Müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bir yerdə aparılacaq.
Bu vaxta kimi 58006 abituriyent ərizə verib. Onlardan 52239-u Azərbaycan, 5767-i isə rus bölməsinin məzunlarıdır.

 

Mənbə: ANS PRESS

22 aprel 2015
GO BACK