Qadin.NET / 100 dollarlıq kompüter təqdim olundu

100 dollarlıq kompüter təqdim olundu

 

Çinin Pipo şirkəti Honkonqda keçirilmiş HKTDC sərgisində kiçikölçülü X8 kompüterini nümayiş etdirib.Bu kompüter analoqlarından daxili sensor ekrana malik olması ilə fərqlənir. Eyni anda beş toxunuş dəstəkləyən 7 düymlük sensor ekranın təsvir ölçüsü 1024x600 piksel təşkil edir.Milli.Az ICTnews-a istinadən bildirir ki, X8 kompüteri dörd USB port, HDMI və Ethernet, daxili dinamik və microSD kart rideri, həmçinin Intel Atom çipi, 2 QB əməli yaddaş və 16/32 QB daxili yaddaşla təchiz edilib. Wi-Fi (802.11n) və Bluetooth 4.0 modulları ilə qoşulma dəstəklənir.X8 kompüterinə Microsoft Windows 8.1 with Bing əməliyyat sistemi quraşdırılıb. X8 kompüteri Android mobil əməliyyat sistemi ilə işləyə bilir. Mayda mini-kompüterin satışına başlanılacaq. Qurğunun dəyəri 100 dollardır.

Mənbə: Milli.Az
22 aprel 2015
GO BACK