Qadin.NET / 43 dinozavr yumurtası tapıldı

43 dinozavr yumurtası tapıldı

 

Çindəki şəhərlərdən birində yolun təmiri zamanı aparılan qazıntı işlərində unikal tapıntı aşkarlanıb.Fəhlələr təxminən 80 sm dərinliyində xəndək qazanda ağ rəngli daşlar görüblər.

Onlar daşları çıxarmaq istəyəndə onların biri sınıb.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, həmin daşların qəribəliyini görən fəhlələr rəhbərliyə xəbər veriblər, rəhbərlik də hal-qəziyyəni görəndə alimləri çağırıblar.
Çinin cənub-şərqindəki Heyan şəhərində tapılmış bu daşların dinozavr yumurtaları olduğu aşkarlanıb.
Xəndəkdə nə az, nə çox - 49 dinozavr yumurtası varmış. Onların da birini fəhlələr sındırmışdılar.
Fəhlələrdən biri iki yumurtanı oğurlamaq istəsə də, polis onun əməlinin qarşısını alıb, bədəməli yaxalayıb.
Mənbə: ANS PRESS
22 aprel 2015
GO BACK