Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. ANS PRESS-in məlumatına görə, baş tutacaq 2 oyundan sonra yarımfinalın 2 iştirakçısı müəyyənləşəcək.
"Barselona" ilk oyunda 3:1 hesabı ilə yendiyi PSJ-ni qəbul edəcək. Oyunu norveçli FIFA referisi Svein Oddvar Moen idarə edəcək. Komandalar bu mövsüm qrup mərhələsində də rəqib olub. İlk PSJ 3:2, cavab matçında "Barselona" 3:1 hesablı qələbə qazanıb. İspaniya və Fransa klubları 2012/13 mövsümündə də 1/4 finalda qarşılaşıb. Həmin vaС…t hər iki oyunda heç-heçə başa çatıb (2:2, 1:1) və "Barselona" səfər oyunundakı 2 qol sayəsində yarımfinala çıС…ıb.
Gecənin digər oyununda "Bavariya" ilk oyunda 1:3 hesabı ilə uduzduğu "Portu"nu sınağa çəkəcək. Qarşılaşmanı ingilis FIFA referisi Martin Atkinson idarə edəcək. Komandalar bu mövsüm avrokuboklarda ilk dəfə qarşılaşır.
Qeyd edək ki, 1/4 final mərhələsi sabah başa çatacaq. "Real" "Atletiko"nu (ilk oyun 0:0), "Monako" "Yuventus"u (ilk oyun 0:1) qəbul edəcək.
Çempionlar Liqası
2014/15 mövsümü
1/4 final (cavab oyunları)
21 aprel
23.45 Barselona (İspaniya) - PSJ (Fransa)
Hakimlər: Svein Oddvar Moen, Kim Tomas Haqlund, Frank Andas, Sven Erik Midtcell (Norveç).
Əlavə köməkçi hakimlər: Ken Anri Yohnsen, Svein-Erik Edvartsen (Norveç).
Barselona. "Nou Kamp" stadionu.
23.45 Bavariya (Almaniya) - Portu (Poruqaliya)
Hakimlər: Martin Atkinson, Mixael Mullarkey, Stepan Kild, Darren England (İngiltərə).
Əlavə köməkçi hakimlər: Antoni Taylor, Krayq Pavson (İngiltərə).
Münhen. "Allianz Arena"
Mənbə: ANS PRESS