Qadin.NET / Bu cütlüyün boy fərqi 1 metrə yaxındı

Bu cütlüyün boy fərqi 1 metrə yaxındı

 

 

Braziliyada bir cütlük öz boy fərqi ilə bütün dünyada məşhurlaşıb.ANS PRESS-in məlumatına görə, Braziliyanın şimalında 2,34 metr hündürlüyündə oğlan 1.50 metr boyu olan qızla ailə qurub. 28 yaşlı Colison Fernandes da Silva dünyanın 3-cü ən hündür adamıdır. O, 21 yaşlı Evem Medeyros ilə ailəlidir.
Da Silvanın boyunun bu qədər hündür olmasına səbəb onun bədənindəki xoşxassəli şiş olub. Boyuna görə, o, məktəbi tərk edib, bir müddət evdən çölə də çıxmayıb. Amma 21 yaşında da Silva əməliyyat olunub və yalnız bundan sonra onun boyunun uzanması dayanıb. Bundan sonra o, insanlar içinə çıxıb. Hətta onun pərəstişkarları da yaranıb. Onlardan biri də gələcək həyat yoldaşı Evem Medeyros olub. 
Da Silva Evem ilə münasibətləri haqqında danışarkən müsahibələrinin birində belə deyib: "Mən onu ilk dəfə görəndə anladım ki, bu, ilk baxışdan məhəbbətdir. Biz tanış olanda 24 saat telefonla danışırdıq. Mən ilk dəfə onun ailəsi ilə görüşəndə qaynatam qapıda on dəqiqə mənə baxıb".

 

Mənbə: ANS PRESS

22 aprel 2015
GO BACK