Qadin.NET / Ordumuzda “Həyəcan” siqnalı

Ordumuzda “Həyəcan” siqnalı

Ordumuzda “Həyəcan” siqnalı
Bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə hərbi texnikanın, canlı qüvvənin hərəkəti ilə bağlı video görüntülər yayılıb.Müdafiə Nazirliyindən ANS PRESS-ə rəsmi olaraq bildirilir ki, hərbi hissələrin, döyüş texnikasının, şəxsi heyətin və digər hərbi elementlərin dislokasiya yerinin dəyişməsi, əvəzlənməsi və yenilənməsi Silahlı Qüvvələrin komandanlığının səlahiyyətləri çərçivəsindədir və əvvəlcədən təsdiq edilmiş plana uyğun olaraq həyata keçirilir.
Qoşunların döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə Müdafiə nazirinin əmrinə və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sərəncamına əsasən hərbi hissə və birləşmələr planlı şəkildə “Həyəcan” siqnalı ilə qaldırılaraq onların döyüş qabiliyyəti və manevr imkanları yoxlanılır.

Mənbə: ANS PRESS
21 aprel 2015
GO BACK