Qadin.NET / Putindən Əliyevə dəvət

Putindən Əliyevə dəvət

 

 

Prezident İlham Əliyev Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə Moskvada keçiriləcək hərbi paradda və bayram tədbirlərində iştirak edəcək.ANS PRESS-in məlumatına görə, bu barədə AzərTAc-a Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov məlumat verib.
Azər Qasımov bildirib ki, prezident İlham Əliyev bu tədbirlərdə iştirakla bağlı hələ bir neçə ay bundan əvvəl Rusiya Federasiyasının prezidenti Vladimir Putindən dəvət alıb: 
"Həmin vaxt Rusiya tərəfinə rəsmi olaraq bildirilib ki, prezident İlham Əliyev cari il mayın 9-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə keçiriləcək hərbi paradda və bayram tədbirlərində iştirak edəcək”, - deyə Azər Qasımov söyləyib.

 

Mənbə: ANS PRESS

21 aprel 2015
GO BACK