Cümə günü Almanya parlamentdə 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş erməni-müsəlman toqquşmaları anılacaq. ANS PRESS-in məlumatına görə, toplantıda oxunacaq mətndə “soyqırım” ifadəsinin səslənməsi gözlənilir.
Xristian Birliyi və Sosial Demokrat partiyalarının qrup rəhbərlərinin anlaşdığı mətndə deyilir: "Biz təklifimizdə o zamankı Gənc Türk reliminin təlimatıyla 24 aprel 1915-ci il tarixdə Osmanlıda sayı bir milyonu aşan etnik erməninin planlı olaraq qovulması və qırılmasına başlandığına diqqət çəkmək istəyirik".
Almaniya hökumətinin mətbuat katibi Steffen Seibert də mətnin hökumət tərəfindən dəstəkləndiyini bildirib. Beləliklə, alman hökuməti də “soyqırım” idiasını qəbul etmiş olacaq. Halbuki, Almaniya hökuməti uzun illərdir ki, “soyqırım” ifadəsini işlətməyi rədd edirdi. Ancaq millət vəkillərinin təzyiqi nəticəsində belə bir qərarın alındığı bildirilir.
Almaniya xarici işlər naziri Frank Valter Steynmeyer və Merkel hökuməti 1915-ci il hadisələrinin rəsmən soyqırım adlandırılması üzündən Türkiyə ilə diplomatik böhran yaşanacağından narahatdırlar.
Mənbə: ANS PRESS