Qadin.NET / Azərbaycanda Tibbi Genetik laboratoriyalar yaradılacaq

Azərbaycanda Tibbi Genetik laboratoriyalar yaradılacaq

 

 

Azərbaycanda Tibbi-genetik laboratoriyanın yaradılacaq. ANS PRESS-in məlumatına görə, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə keçirilən Ümumdünya Hemofiliya Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən Assosiasiyanın rəhbəri G.Hüseynova Ümumdünya Hemofiliya Gününün yaranma tarixindən məlumat verərək, qan xəstəliklərinin erkən müayinə və müalicəsini təmin etmək üçün Azərbaycanda DNK səviyyəsində müayinələrin aparılması məqsədi ilə Tibbi-genetik laboratoriyanın yaradılmasının vacibliyini vurğulayıb. 
Qeyd edək ki, Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, yeni evlənənlərin tibbi müayinədən keçməsi sayəsində gənclərdə nikahdan qabaq yaranmış olan bir çox xəstəliklərin qarşısının alınmasında əhəmiyyətli rolu olduğu kimi, irsi qan xəstəliklərinin də erkən diaqnostikası vacib məsələdir. Bu məqsədlə tibbi-genetik laboratoriyanın yaradılması ilə bağlı aidiyyəti qurumlara tövsiyələr göndəriləcək.

 

Mənbə: ANS PRESS

21 aprel 2015
GO BACK