Qadin.NET / Dünyanın ən böyüyü satıldı

Dünyanın ən böyüyü satıldı

 

 

Modern rəqs və akrobatikanı birləşdirən dünyanın ən böyük sirki satıldı. ANS PRESS-in məlumatına görə, "Cirque du Soleil"in sahibi dəyişib. 
Kanadalı sirk rəhbərliyindən verilən açıqlamada sirkin Amerika-Çin özəl sərmayə şirkəti "TPG Capital" adlı quruma satışında nəticə əldə edildiyi bildirilib. 
Sirk Qay Laliberte tərəfindən 1984-cü ildə Montrealda qurulub. Satışdan sonra da sirkin bu şəhərdə qalacağı açıqlanıb. 
Satışla bağlı dəqiq məlumat verilməsə də, sirkin qiymətinin 1,5-2 milyard dollar olduğu iddia edilir. Qurucu Q.Lalibertedə kiçik hissəyə sahib olacağı sirkdə fəaliyyətini davam etdirəcək. 
Adıçəkilən sirk səhnə dizaynı, rəqsləri, geyimləri, makiyajları ilə sirk sənətində çığır açıb. Sirkdə yüzlərlə insan çalışır. Hər il onların tamaşaları üçün 20 milyona yaxın bilet satılır. 
"Cirque du Soleil"in sahibi Qay Laliberte 2009-cu ildə hətta kosmosa belə çıxıb. O, astronom və kosmonovtlara kloun görkəmində şou göstərmişdi. Kosmik səfəri üçün o 35 milyon dollar ödəniş etmişdi. 

 

Mənbə: ANS PRESS

21 aprel 2015
GO BACK