Qadin.NET / Dünya türk musiqisini dinləyəcək

Dünya türk musiqisini dinləyəcək

 

 

TRT türk musiqisini dünyaya dinlətməyi hədəfləyib. TRT-nin Bakı təmsilçiliyindən ANS PRESS-ə verilən məlumata görə, telekanal bu dəfə yeni layihəsi ilə musiqi sevərləri sevindirəcək. "Sıra səndə Avropa" və "Sıra səndə Türkiyə" mahnı yarışması türk musiqisini dünyaya dinlədəcək. Mahnı yarışması hər həftənin şənbə və bazar günləri Bakı saatı ilə 21.30 – da TRT Avaz və TRT Müzik kanallarında yayımlanacaq.
"Sıra səndə Türkiyə" hər həftənin şənbə günləri, "Sıra səndə Avropa" isə bazar günləri Bakı saatı ilə 21.30- 01.00 radələrində TRT Avazda yayımlanacaq. Türk Dünyasının kanalı olan TRT Avaz dünya musiqisevərlərini Türk müsiqisi ilə heyran edəcək.

 

Mənbə: ANS PRESS

21 aprel 2015
GO BACK