Qadin.NET / Külək nə vaxtadək davam edəcək?

Külək nə vaxtadək davam edəcək?

 

Küləkli hava şəraiti sabah da davam edəcək. Küləyin surəti bəzi yerlərdə güclənəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub küləyi əsəcək, arabir güclənəcək. Axam şimal-qərb küləyinə keçəcək.
Havanın temperaturu gecə 7-9Лљ, gündüz 14-18Лљ isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13Лљ, gündüz 18-23Лљ, dağlarda gecə 3-8Лљ, gündüz 10-15Лљ, bəzi yerlərdə 18Лљ isti olacaq.
Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, axşama doğru hava şəraiti nisbətən mülayimləşəcək, küləyin sürəti azalacaq.

 

Mənbə: ANS PRESS
20 aprel 2015
GO BACK