Qadin.NET / WhatsApp-dan Google bombası

WhatsApp-dan Google bombası

 

 

Son dövrdə bir sıra yeniliyi təqdim edən WhatsApp artıq "Google Drive" ilə inteqrasiya olacaq.ANS PRESS-in məlumatına görə, 800 milyon aktiv istifadəçiyə xidmət edən mesajlaşma proqramı Facebook tərəfindən satın alındıqdan sonra ciddi bir yenilənmə müddətinə girib. Ötən həftələrdə mobil mesajlaşma tətbiqində zəng funksiyasını təqdim edən WhatsApp indi daha bir yeni xüsusiyyətə qovuşur.
Şirkətə yaxın qaynaqlardan gələn son məlumatlara görə, WhatsApp-ın son yenilənməsi ilə yeni xüsusiyyət işə düşəcək. 
WhatsApp-ın "Google Drive"a inteqrasiya edilməsi nəticəsində istifadəçilərinin paylaşdıqları mesajlar, foto və videolar arxivləşdiriləcək. Beləliklə WhatsApp istifadəçiləri məlumatlarını və fayllarını "Google Drive"da asanlıqla saxlaya biləcəklər. 

 

Mənbə: ANS PRESS

20 aprel 2015
GO BACK