Dünya kinosunun əfsanəsi, britaniyalı aktrisa Vivyen Linin "Skarlet O-Hara" rolunda çəkildiyi "Gone With The Wind" (Küləklə sovrulanlar) filmində geyindiyi kostyumu hərracda satılıb.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, kostyumu 137 min dollara alıblar.Hərrac ABŞ-ın Kaliforniya ştatındakı Beverli-Hillz şəhərində keçirilib.Açıq-boz rəngdə uzun yubka və jaketdən ibarət bu kostyumu Vivyen Li filmdə 4 dəfə geyinmişdi.
Hərracda kolleksioner Ceyms Tamblinə məxsus əşyalardan ibarət 150 lot satışa çıxarılmışdı. "Universal Studios"da bir zamanlar bərbərxana və qrim studiyalarına başçılıq etmiş C.Tamblin bir zaman bu jaket və yubkanı 20 dollara almışdı.
Vivyen Linin geyindyi kostyumu satın alanın adı açıqlanmır.
Mənbə: Milli.Az