Qadin.NET / Azərbaycanlıdan Obamaya 50 metrlik məktub

Azərbaycanlıdan Obamaya 50 metrlik məktub

 

 

ABŞ prezidenti Barak Obamaya olan bənzərliyi ilə diqqət çəkən azərbaycanlıAsif Mustafayev oxşarına 50 metrlik məktub yazıb. 
ANS PRESS-in "İhlas" agentliyinə istinadla verdiyi məlumata görə, onun məktubu qondarma erməni soyqırımı ilə bağlıdır.
Məktubun içərisində Azərbaycan və Türkiyə bayraqları da var. Bunlarla birlikdə onun uzunluğu 54 metr olub.
O, məktubunda ermənilərin türklərə qarşı yürütdüyü qaralama kampaniyasına və erməni soyqırımı iddialarına etiraz edib. O, bununla bağlı araşdırmasını kağızda əks etdirdiyini və 167 səhifəlik məktubu aprelin 26-da Obamaya göndərəcəyini deyib.
"Məktubdakı məlumatları 3 aya toplamışam. Əl yazısı ilə 25 gün ərzində yazmışam. Bu məktubda tarixçilərin araşdırmaları var. Azərbaycan vətəndaşı olaraq üzərimizə düşən tarixi faktları doğru şəkildə Obama və Papaya çatdırmaqdır.
Məktubun orijinalı özümdə qalacaq. Azərbaycan və Türkiyəyə qarşı qaralama kampaniyası aparan ölkələrə gedərək dövlət binalarının qarşısında açacağam".
A.Mustafayevin sözlərinə görə, ermənilər Azərbaycanda törətdikləri qətliamları Türkiyənin üzərinə atmağa çalışırlar.
Məktubda ermənilərin Azərbaycanda da törətdikləri qətliamlar əksini tapıb. "Papa məktubu oxusun və türk dünyasından, Türkiyədən, Azərbaycandan üzr istəsin".
Xatırladaq ki, rəssam olan A.Mustafayev Azərbaycanın Qəbələ rayonundandır. Moskvada məşhurların bənzəri müsabiqəsində 44 namizəd arasından Obamaya ən çox bənzəyən şəxs seçilib.

Mənbə: Milli.Az

20 aprel 2015
GO BACK