Türkiyədə fəaliyyət göstərən “Palmali” Şirkətlər Qrupu bu ölkənin ən iri biznes layihələrinə öz imzasını atmağa davam edir.Şirkətin yaxın gələcəkdə görəcəyi işlər barədə qurumun vitse-prezidenti İbrahim Nəbioğlu ANS-ə danışıb:
“Bu yaxanlarda “Palmali” Şirkətlər Qrupu Türkiyənin ən önəmli turizim mərkəzlərindən biri olan Bodrumda - 300 milyon dəyərində tender yolu ilə böyük bir torpaq sahəsi alıb. Qeyd etdiyim kimi, şirkət artıq Bodrumun Yalıkavak bölgəsində yeni bir əyləncə və alış-veriş mərkəzlərindən ibarət böyük bir layihənin inşasına start verib.
Xatırladım ki, 2015-ci ildə “Palmali” Şirkətlər Qrupu 5 ədəd tankerin inşasını planlaşdırmışdı. Artıq bunlardan ikisi suya buraxılıb. Məhz bütün gəmilər şirkətə məxsus tərsanədə inşa olunur”.
Mənbə: ANS PRESS