Qadin.NET / Dünya daha bir təhlükəli virusla üz-üzə

Dünya daha bir təhlükəli virusla üz-üzə

 

 

Dünya yeni virus təhlükəsilə üz-üzədir.ANS TV-nin məlumatına görə, Nigeriyanın cənub-şərq hissəsində müəmmalı virus ortaya çıxıb. 
Virus görmə qabiliyyətinin itirilməsinə, baş ağırısına və ürəkgetməyə səbəb olur. Virus son 3 gündür ki, yayılıb və artıq 18 nəfərin həyatına son qoyub. Virusa yoluxan insan 24 saat ərzində dünyasını dəyişir. Ondo ştatının həkimləri bildiriblər ki, virus mərkəzi sinir sistemini tamamilə iflic edir. Yoxlamalar bunun “Ebola” virusu olmadığını göstərib.

 

Mənbə: ANS PRESS

20 aprel 2015
GO BACK