Qadin.NET / Zabit Səmədov zəncini döydü, 1 milyon uddu

Zabit Səmədov zəncini döydü, 1 milyon uddu

Zabit Səmədov zəncini döydü, 1 milyon uddu
Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Global Fighting Championship 3″ turnirinin qalibi olub. ANS PRESS-in məlumatına görə, 31 yaşlı idmançımız ardıcıl iki görüşdə qalib gəlməklə yarışın fəxri mükafatına sahib çıxıb.
Qaydalara əsasən 4 idmançının təmsil olunduğu turnirdə qaliblər finalda əsas mükafat uğrunda yarışıb. 
Yarımfinalda şotlandiyalı idmançı Stiv Makkinnonu üstələyən Zabit Səmədov finala adlayıb. 
"Mauqli" finalda Konqo-Almaniya əsilli Danyo İlunqa ilə üz-üzə gəlib. 3 raunddan ibarət görüşdə rəqibinə güclü zərbələr vuran Səmədov İlunqaya şans verməyib. Hakimlərin qərarına əsasən döyüşçülər əlavə 4-cü raundda mübarizə aparmalı olub. Yekunda hakimlərin qərarına əsasən Zabit Səmədov “Global Fighting Championship 3″ turnirinin qalibi olub.
Qeyd edək ki, idmançımız qalib üçün ayrılan kuboka və 1 milyon dirhəm (286 min manat) pul mükafatına sahib olub.

Mənbə: ANS PRESS

19 aprel 2015
GO BACK