Onlar hətta körpəyə qoyulacaq ad haqqında da mülahizələr irəli sürürlər. Krallıq əhalisinin fikrincə, qızın adını Elis qoyacaqlar. Baxmayaraq ki, hersoq və hersoginyanın özləri də uşağın cinsiyyətini bilmirlər, britaniyalılar o qədər əminliklə danışırlar ki, sanki onlara bu məlumat içəridən ötürülüb.
Bununla bağlı koefisient uduşu da qoyulub. "Ladbrokes" bukmeyker kontorunun nümayəndəsi Cesika Bric bildirib ki, oyunçular təkidlə "Şahzadə Elisə" pul qoyurlar. Bukmeykerlər də bu vairanta görə təxminən 500 funt sterlinq (təxminən 784 min manat) ödəməli olacaqlar.
Həmçinin bildirilir ki, körpənin doğum tarixinə görə də mərclər olub. Ən məşhur tarix isə hələlik 20 apreldir. Mümkün variantlar arasında 21 aprel - şahzadə Elizavetanın ad günü, 29 aprel - Uilyam və Keytin evliliyinin dördüncü ildönümü və 7 may - ümummilli seçkilər günü də var.
Qeyd edək ki, hersoginyanın özü körpənin aprelin ikinci yarısında dünyaya gələcəyini demişdi. Uilyam və Keyt uşağın cinsiyyəti, çəkisi və doğum tarixi haqqında məlumatı isə yalnız kraliça və digər qohumlarına dedikdən sonra ictimaiyyətə açıqlayacaqlar.
Mənbə: ANS PRESS