Qadin.NET / 2015-ci ilin martı 135 ilin ən isti mart ayıdır

2015-ci ilin martı 135 ilin ən isti mart ayıdır

2015-ci ilin martı 135 ilin ən isti mart ayıdır
2015-ci ilin mart ayı son 135 ilin ən isti mart ayı olub. ANS PRESS-in məlumatına görə, ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin hesabatında belə deyilir. Məlumata görə, 2015-ci ilin martı bütün meteomüşahidələr tarixində ən isti mart ayı olub.Ötən ay Yer kürəsində orta temperatur 1880-ci ildən etibarən, yəni 135 ilin mart ayları ərzində ən yüksək həddə çatıb. Ötən ay planetimizdə orta temperatur XX əsrin mart aylarında müşahidə edilən orta temperaturdan selsi ilə 0,85 dərəcə yüksək olub.
Bundan əlavə, 2010-cu ildə qeydə alınmış əvvəlki temperatur rekordu selsi ilə 0,05 dərəcə yenilənib.
Müşahidələr göstərib ki, bu ilin təkcə mart ayı deyil, yanvar və fevral ayları da isti keçib. Üç ayın orta temperaturu ötən əsrin orta göstəricilərindən yüksək olub.

Mənbə: ANS PRESS

19 aprel 2015
GO BACK