Türkiyənin İstanbul şəhərində dünyanın ən böyük zanbaq xalçası hazırlanıb. ANS PRESS-in məlumatına görə, gül xalçası İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən keçirilən zanbaq festivalı çərçivəsində təşkil edilib.
Zanbaq xalçasının hazırlanmasında su içində olan 545 min zanbaqdan istifadə edilib. Bu, dünyada bir gül xalçasının hazırlanmasında indiyədək istifadə edilmiş ən çox zanbaq sayıdır.
Xalçanın sahəsi isə 262 min kvadratmetr ərazini əhatə edir. Sultanəhməd Meydanında yerləşən zanbaq xalçasının hazırlanmasına 2 gün sərf edilib.
İstanbulun bu tarixi bölgəsində sərgilənən zanbaq xalçası meydanda möhtəşəm bir motiv formalaşdırıb və bu, sakinlərin və turistlərin marağına səbəb olub.
Mənbə: ANS PRESS