Ermənistanın sonu yaxınlaşır
Ermənistanda ölüm göstəricisinin doğum göstəricisini üstələyəcəyi günə çox qalmayıb. ANS PRESS-in məlumatına görə, bu barədə erməni demoqraf Ruben Yeqanyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. “Bu günkü demoqrafik mənzərə həyəcan doğurur, doğum azalır və bu, davamlı olacaq”,- deyə Yeqanyan vurğulayıb. “Hər il əhalinin 1%-i azalır”, - deyə demoqraf ölüm əmsalının durmadan artdığını bildirib. Onun fikrincə, hökumət hansısa tutarlı addım atmaq üçün yetərli resurslara malik deyil.
Mənbə: ANS PRESS
18 aprel 2015
GO BACK