Qadin.NET / Lukaşenko da Putinə "yox" dedi

Lukaşenko da Putinə "yox" dedi

Lukaşenko da Putinə "yox" dedi
Belarus prezidenti Aleksandr Lukaşenko Qələbə günü ilə bağlı Moskvada keçirilən mərasimlərdə iştirak etməyəcəyini bəyan edib.ANS PRESS-in məlumatına görə, prezident bildirib ki, buna səbəb həmin gün onun Minskdə keçiriləcək paradda iştirak etməsidir.
Bundan başqa Lukaşenko bəyan edib ki, o, Qələbə günü Moskvaya gəlməkdən imtina edən dövlət və hökümət başçılarını dəstəkləmir.Lukaşenkonun sözlərinə görə, mayın 9-da Moskvada keçiriləcək paradın eynisi Minskdə də baş tutacaq.
"Həmin gün qoşun paytaxta yeridiləcək. Ali baş komandansız bu mümkün deyil. Belarus konstitusiyasına görə, Ali baş komandandan başqa heç kim paradı qəbul edə bilməz", - deyə prezident bildirib.
Qeyd edək ki, mayın 9-da Moskvada qələbənin 70 illiyinə həsr edilmiş möhtəşəm parad keçiriləcək. Mərasimlərdə iştirak etmək üçün Putin bir çox ölkələrin liderlərini dəvət edib. Lakin onlardan bəziləri iştirak etməkdən imtina edib.

Mənbə: ANS PRESS

18 aprel 2015
GO BACK