Orta yaş anlayışı dəyişir. Yeni araşdırmalardan sonra müasir dönyada insanların 60 yaşında yaşlı yox, orta yaşlı olduğu üzə çıxıb. Vyana demoqrafiya institunun mütəxəssisi, əhalinin dinamikası və proqnozlar şöbəsinin rəhbəri Sergey Şerbov belə düşünür. O, Avropada 2050-ci ilə kimi əhalinin inkişaf proqnozları üzərində iş aparır.
"Biz düşünür ki, qocalıqla bağlı fikirlər zamanla dəyişəcək və dəyişikliklər gələcəkdə də davam edəcək. İnsanlar indi daha çox yaşayır və az xəstələnir. 200 il əvvəll 60 yaşlı insan lap qoca sayılırdı. İndi isə ona orta yaşlı demək olar".
Araşdırmanın rəhbəri isə ABŞ-ın Stony Brook universitetinin professoru Uorren Sanderson olub. Onun sözlərinə görə, əgər qocalıq müəyyən yaş etapə ilə müəyyən edilsə onda qocaların sayı ömrün uzanması ilə bağlı olaraq sürətlə artacaq. Amerikalı mütəxəssis yaşlılığın insanın fiziki fəallığı, insanlarla münasibəti, iş qabiliyyəti ilə də müəyyən edilməli olduğunu deyir.
Mənbə: ANS PRESS