Qadin.NET / Bakıda ilk rəsmi moda həftəsi keçiriləcək

Bakıda ilk rəsmi moda həftəsi keçiriləcək

 

11-14 may tarixlərində Fairmont Baku, Flame Towers otelində ilk rəsmi Azərbaycan Moda Həftəsi keçiriləcək. Dörd gün ərzində Azərbaycan və beynəlxalq moda sənayesi istedadlarının adları ilə müxtəlif nümayişlər, təqdimatlar, sərgilər və tədbirlər keçiriləcək. 
Moda həftəsinin əsas hədəfi Azərbaycanda böyüyən moda sənayesinin populyarlaşdırılması və istedadlı dizaynerlərin işlərinin nümayişi üçün uyğun şərtlərin yaradılmasıdır. Yeri dizaynerlərlə bərabər, burada Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, eləcə də Fransa və İtaliya kimi xarici ölkələrdən dizaynerlər iştirak edəcək.
Tədbirdə xarici moda sənayesi ekspertləri, o cümlədən, ən böyük pərakəndə moda şəbəkələrinin və mağazalarının bayerləri, yerli və xarici jurnalların, PR agentliklərinin təmsilçiləri iştirak edəcək.
Dəfilə və nümayişlər Fairmont Baku otelinin bal zalında keçiriləcək. Beşulduzlu otelin biznes mərkəzinin ikinci mərtəbəsində Pop Up mağazalar və salonlar, eləcə də dizaynerlərin sərgi zalları fəaliyyət göstərəcək. Moda həftəsi çərçivəsində fotoqraf və jurnalistlər üçün xüsusi master-klass və treninqlər keçiriləcək. Eləcə də IMAX Park Cinema kinoteatrında Dior moda evi barədə sənədli film nümayiş olunacaq.
Əlavə suallar üçün 00994125654848 nömrəsinə müraciət edin və ya [email protected] ünvanına yaza bilərsiniz.
AZERBAIJAN FASHION WР•EK layihəsi barədə arayış
Azərbaycan Moda Həftəsi LUXE Media-nın dəstəyilə ildə iki dəfə olmaqla, May və Noyabr aylarında keçiriləcək. İlk tədbir Bakının yeni rəmzi olan məşhur Flame Towers binasında baş tutacaq.
Qeyd edək ki, "Flame Towers" kompleksinə daxil olan Fairmont Baku oteli HOR International şirkəti tərəfindən layihələndirilib. Oteldə 318 nömrə, lyuks apartamentlər, konfrans zadlı, ESPA spa-mərkəzi, restoranlar, barlar və launclar yerləşir.

 

Mənbə: ANS PRESS
18 aprel 2015
GO BACK