Avropa Birliyinin Türkiyənin iradəsinin əleyhinə olaraq qondarma erməni soyqrımını tanıması türkləri yenidən birləşdirdi. Siyasi fikir ayrılıqları olan partiyaların dövlətin ümumi marağı üçün birləşməsi Türkiyədə birinci hal deyil.
ANS TV-nin məlumatına görə, Türkiyə Böyük Millət Məclisində təmsil olunan üç əsas partiya hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası Avropa Parlamentinin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qətnaməni pisləyən birgə bəyanat qəbul ediblər.
Eyni zamanda Türkiyə Böyük Millət Məclisinin sədri də məlum qətnaməni pislədi. Türkiyə rəsmiləri bir daha bu qətnamənin haqsız və ədalətsiz bir qətnamə olduğunun bəyan etdilər.
“Əgər Avropa tarixini vərəqləsək, Afrikada, Avstriyada nələr edildiyini görə bilərik. Hardadır aborigenlər. Afrika qəbilələri? Tarixdən necə yox oldular? Necə silindilər? Əgər intellektual müzakirə lazımdırsa, edək. Amma siyasi basqı halına döndərilərsə, buna qarşılıq vermərik”, – deyə Türkiyənin Baş naziri Əhməd Davudoglu bildirib.
“Tariximizlə üzləşməkdən heç bir zaman qorxmadıq, qorxmarıq da. Ermənistanın öz arxivlərini açması lazımdır. Amma bu gün təəssüflər olsun ki, Avropa olayı tək tərəfli görür və yalnız hadisələri dəyərləndirir”, – deyə CHP-nin sədri Kamal Kılıçdaroğlu bildirib.
Qeyd edək ki, millət vəkilləri açıqlamasında əsas diqqəti cəlb edən məqam isə heç bir hüququ əsası olmayan bu qətnamənin qəbul olunması Türkiyə tərəfindən qəbul oluna bilməz. Və Türkiyə bunu qətiyyətlə pisləyir.
Mənbə: ANS PRESS