Qadin.NET / Avro da bahalaşdı, rekord vurdu

Avro da bahalaşdı, rekord vurdu

 

Avro da bahalaşdı, rekord vurdu

Türkiyədə milli valyuta lirə günbəgün ucuzlaşmaqdadır.ANS PRESS-in məlumatına görə, dolların ardınca avro da kəskin bahalaşıb. Bu gün açıqlanan məzənnəyə görə, 1 avro 2,90 lirə səviyyəsinə qədər bahalaşıb. Türkiyə mətbuatının yazdığına görə, son 4 ayda avronun bu qədər bahalaşması rekord göstəricidir.
Türkiyədə son məzənnəyə görə, 1 ABŞ dolları 2,70 lirə təşkil edir. Halbuki ötən gün dollar rekor vuraraq 2,73 lirəyə qədər bahalaşmışdı.
Mütəxəssislər bildirirlər ki, dollar bundan da aşağı düşəcək. Dolların bahalaşması neftin qiymətinin dəyişməsi fonunda baş verir.

 

Mənbə: ANS PRESS

18 aprel 2015
GO BACK