Qadin.NET / Xalq artistimiz vəfat etdi

Xalq artistimiz vəfat etdi

 

 

Taninmış bəstəkar, xalq artisti Ramiz Mirişli vəfat edib.ANS PRESS-in məlumatına görə, xalq artisti dünən xəstəxanada dünyasını dəyişib.
Müğənni Teymur Əmrah ANS PRESS-ə açıqlamasında xalq artistinin insultdan dünyasını dəyişdiyini bildirib. 
Onun sözlərinə görə, Ramiz Mirişli ilə vida mərasimi sabah saat 2-də Musiqili Teatrda keçiriləcək.
Qeyd edək ki, xalq artisti Ramiz Mirişli xalq arasında gözəl mahnı və romansların müəllifi kimi tanınır. "Oxu tar", "Salam kür çayı" mahnıları meydana gəldiyi gündən dillər əzbəri olmuş, bəstəkara ümumxalq məhəbbəti qazandırmışdır.
R.Mirişli 1934-cü il aprelin 16-da Naxçıvanda anadan olmuşdur.
Bəstəkar Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində yetkin əsərlərin müəllifidir. Uzun müddət ictimai və pedaqoli fəaliyyətlə məşğul olan bəstəkar Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatının sədri, həm də Dövlət Televiziya şirkətində musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışmış, 20 ildən artıqdır ki, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Koservatoriyasında dərs deyirdi.
Xidmətlərinə görə, Ramiz Mirişli "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmişdir.

Mənbə: ANS PRESS

18 aprel 2015
GO BACK