Qadin.NET / BMW-dən eksklüziv velosiped

BMW-dən eksklüziv velosiped

 

BMW şirkəti brendin “qaynar” modellərindən ilham alan yeni Cruise M-Bike velosipedini rəsmi təqdim edib. Yeni ikitəkərli model unikal rama və doğrudan da eksklüziv Austin Yellow Metallic rəng əldə edib.

 

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Cruise M-Bike qiyməti 1 099 avrodur və bu Mercedes AMG GT idman kupesindən ilham alan rəqibi ROTWILD GT S modelinin qiymətindən xeyli aşağıdır. Bəli-bəli, təəccüblənməyin. İki alman avtonəhənginin rəqabəti adi avtomobil sənayesi çərçivəsindən kənara çıxır. Bavariya brendi bu yaxınlarda təqdim edilmiş ROTWILD GT S dağ velosipedinə cavab verməyi qərara alıb. Yeri gəlmişkən ROTWILD GT S qiymətini qeyri-təvazökar hesab etmək olar – 9 900 avro (10 958 $/7 345 £).
Əlavə edək ki, cəmi 500 ədəd BMW Cruise M-Bike velosipedi buraxılacaq. Modeli BMW brendinin rəsmi mağazasından internet vasitəsilə sifariş etmək olar.
Mənbə: ANS PRESS
17 aprel 2015
GO BACK