Qadin.NET / "Apple"-dan möhtəşəm layihə

"Apple"-dan möhtəşəm layihə

 

 

"Apple" Amerika xaricində ilk günəş enerjisi stansiyasını Çində quracaq.ANS PRESS-in məlumatına görə, "Apple" bu layihəni ABŞ-ın günəş enerjisi sahəsində ixtisaslaşmış "SunPower" şirkəti ilə ortaqlığı ilə reallaşdıracaq. İki şirkətin Çində quracağı stansiya ildə 80 milyon kilovatsaat elektrik enerjisi istehsal edəcək. Stansiyanın gücü 40 meqavat olacaq və 61 min evin elektrik ehtiyacını qarşılayacaq.
"Apple"-ın nümayəndəsi Lisa Cekson yeni layihənin Çindəki ofis və mağazalarının istifadə edəcəyi elektrik ehtiyyaclarını qarşılayacağını deməklə yanaşı artıq qalan elektrik enerjisinin Çin hökümətinə veriləcyini bildirib.
Çekson eyni zamanda "Apple"nin Çindən sonra Almaniya, İngiltərə, Avstraliya, İspaniya və İtaliyada da günəş stansiyası qurmaq planlaşdırdığını deyib.
Elektrik enerjisi ehtiyacının 87 faizini alternativ enerji mənbələri hesabına ödəyən "Apple" gələcəkdə bu rəqəmi 100-ə çatdırmağı hədəfləyir.

 

Mənbə: ANS PRESS

17 aprel 2015
GO BACK