Qadin.NET / Subay pilotlara iş olmayacaq

Subay pilotlara iş olmayacaq

 

 

"Türk Hava Yolları" şirkəti maraqlı çağırış edib.ANS PRESS-in məlumatına görə, aviaşirkətin direktoru Temel Kotil subay pilotları evlənməyə səsləyib. Onun sözlərinə görə, bunun sayəsində aviaqəzaların baş vermə ehtimalı azalacaq.
"Germanwings" aviaşirkətinin təyyarəsinin Fransada qəzaya uğramasının səbəblərini araşdırdıqdan sonra "Türk Hava Yolları" rəhbərliyi belə qənaətə gəlib.
Qeyd edək ki, həmin qəzanın səbəbkarı şəxsi həyatında problemləri olan ikinci pilot olmuşdu.
T.Kotil qeyd edib ki, kişi və qadın pilotların həyat tərzi çox vacibdir.

 

Mənbə: ANS PRESS

18 aprel 2015
GO BACK