İraqda dul qadınların sayı günbəgün artır. ANS PRESS-in məlumatına görə, son hesablamalar nəticəsində ölkədə ümumilikdə 1 milyon 500 min dul qadının olduğu müəyyən edilib.
İraq qadın işləri naziri Bayan Nuri isə qonşu ölkələrlə müqayisədə bu rəqəmin çox yüksək olduğunu bildirib. O həmçinin qeyd edib ki, belə bir vəziyyətin yaranmasına səbəb ölkədə qeyri-stabil vəziyyətin hökm sürməsidir.
"Ölkədə dul qadınlar üçün təsis edilən aylıq 150 min dinar (120 dollar) maaş da büdcədə maliyyə vəsaiti çatışmazlığına görə ödənilə bilmir. Başqa bir tərəfdən isə 8 il davam edən İran-İraq müharibəsi nəticəsində 500 min, Küveyt müharibəsi nəticəsində isə təxminən 100 min qadın dul qalıb", - deyə nazir əlavə edib.
İraq Parlamenti Ailə və Uşaq Komissiyası üzvü Rezan Şeyx Dler 2014-cü ildən başlayan və hələ də davam edən İŞİD müharibəsi nəticəsində təxminən 500 min qadın dul qalıb.
Mənbə: ANS PRESS