Qadin.NET / Yalançı erməni hərbi təlimləri

Yalançı erməni hərbi təlimləri

 

 

Ermənistan mətbuatı Dağlıq Qarabağdakı hərbi təlimlərdən materiallar dərСЃ edir. ANS PRESS-in məlumatına görə, erməni KİV-lərinin bildirir ki, bu dəfəki təlimlərə işğal rejiminin rəhbəri Bako Sahakyan başçılıq edir. Aydındır ki, keçən dəfəki hərbi təlimlərdə Ermənistan Silahlı Qüvvələrinə məxsus helikopterin vurulmasından sonra Serj Sarkisyan işğal edilmiş Azərbaycan torpaqlarına hərbi təlimlər üçün gəlməyə bir daha risk etməz. Amma bu ayrı məsələdir. 
İş bundadır ki, erməni mətbuat orqanları hərbi təlimlərdən bəhs etsə də, döyüş tapşırıqlarının yerinə yetirilməsi barədə heç bir şəkil dərc edilməyib. Yəni bu, təlimlər barədə yayılan erməni materiallarının yalan olduğunu ortaya çıxarır. 
Elə buna görə də erməni KİV-ləri bu gün səhvlərini düzəldiblər və Bako Sahakyanın təlimlərdə yox, zabitlərin toplantısında iştirak etdiyini yazırlar. Əcəba, işğal rejiminin başçısı erməni zabitlərdə nədən danışa bilər? Bəlkə, İrəvanın gücsüzlüyünü anlayan erməni zabitlər Azərbaycan torpaqlarını itkisiz-döyüşsüz Azərbaycan silahlı qüvvələrinə necə qaytarmağın yolları barədə məsləhətləşirlər? Əks halda, Qarabağ torpağı erməni hərbçilərinin hamısı üçün məzar olacaq. 

 

Mənbə: ANS PRESS

17 aprel 2015
GO BACK