Növbəti monitorinq imtahanları 20 və 21 aprel tarixlərində regionlarda (Naxçıvan, Gəncə, Ağcabədi, Tovuz, Goranboy, Şəki, Mingəçevir, Qəbələ, Qax, Oğuz, Göyçay, Ağdaş, Yevlax, Şirvan, Salyan, Lənkəran, Neftçala, Quba, Qusar və Xaçmaz) aparılacaq.
TQDK-dan bildirilir ki, imtahanların keçirilməsi üçün Respublika üzrə Azərbaycan dili fənnindən 286 məktəb üzrə 16500, riyaziyyat fənnindən 243 məktəb üzrə 16534, fizika fənnindən 275 məktəb üzrə 15856 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
Mənbə: Milli.Az