"Türkiyə ilə Ermənistan arasında hər cür qonşuluq əlaqələrini inkişaf etdirməyə və əzabları bölüşməyə hazırıq, amma ermənilərə boyun əymərik". ANS PRESS-in məlumatna görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu Avropa Parlamentinin qondarma erməni soyqırımını tanıyan və Türkiyəni də tanımağa çağıran qərarına münasibət bildirərkən deyib.
"Bütün ölkələrin parlamentlərinə, liderlərinə buradan müraciət edirəm. Tarixi məlumatları olmadan, millətimizi tarix məhkəməsi qarşısına çıxarıb mühakimə etməyə cəhd edən kim olursa-olsun, ona qarşı açıq və konkret mövqeyimizi nümayiş etdirəcəyik. Sülhə hazırıq, onların əzablarını paylaşmağa hazırıq. Amma boyun əyməyə gəldikdə, heç kim bizə boyun əydirə bilməz".
Türkiyənin baş naziri Əhməd Davudoğlu həmçinin Avropa Parlamentinin sədri Martin Şultsa məktub yazaraq, Türkiyənin mövqeyini bir daha bildirdiyini də deyib.
Mənbə: Milli.Az