Qadin.NET / Sinoptiklərdən müjdə

Sinoptiklərdən müjdə

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Gündüz arabir güclənən mülayim cənub küləyi əsəcək.Havanın temperaturunun gecə 6-9, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.
Aprelin 18-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 17-22 dərəcə isti, bəzi yerlərdə 24 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacağı gözlənilir.
Yaxın üç gün ərzində Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir. Aprelin 20-nə kimi temperatur nüsbətən yüksələcək.

Mənbə: Milli.Az

17 aprel 2015
GO BACK